Aşıq Mübariz toyda döyülməsindən danışdı - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Aşıq Mübariz Camaloğlu toyda döyülüb.
BAKU.WS xəbər verir ki, musiqiçi ucqar rayonların birində başına gələn hadisəni ARB-nin "Söhbət var" proqramında danışıb:
"Saat 12-nin yarısında dava başladı. "Palatka" toyudu, işıqlar da söndü. Aləm dəydi bir-birinə. Kim kimi gəldi vururdu. Sazımı götürüb qaçmaq istəyirdim ki, ağzıma necə təpik dəydisə, elə bildim öldüm. Ağzım qanın içində yıxılıb qaldım. Bəyin atası məni və özümlə apardığım operatoru tapıb bəyin otağına apardı ki, heç kim bizə dəyib dolaşmasın. Bəy bizi görən kimi sifətimə nə təhər yumruq qoydusa, hələ də yadımdan çıxmayıb. Sazımı götürüb çölə qaçdım. Operator evdən çölə çıxanda tanımadım, necə döymüşdüsə, üzündə salamat yer qalmamışdı".
Oxşar xəbərlər
Azərbaycanlı musiqiçi gecə saatlarında vəfat etdi - VİDEO
Qarmon ifaçısı Abbasəli Qafarov vəfat edib. BAKU.WS xəbər verir ki, bu barədə mərhumun dostu Aşıq Mübariz Camaloğlu məlumat verib. Onun sözlərinə görə, sənətçi...