"Arzusu ürəyində qaldı" - Tolik Röyanın keçmişindən danışdı - FOTO
25
iyl
2018
10:47
Aparıcı Tarix Əliyev “Hər şey daxil” verilişində əməkdar artist Röya Ayxanın başına gələn fors-major hadisədən danışıb. BAKU.WS xəbər verir ki, tanınmış prodüser həmin günü belə xatırlayıb:“12-13 il əvvəl "Şəfa" stadionunda konsert təşkil etmişdim və bir telekomunikasiya şirkəti ilə anlaşmaya gəlmişdik ki, 10 ədəd istifadə olunmuş konturu gətirən, bileti qazanacaq. İnanın ki, camaat necə əziyyət çəkib onları alıb gətirirdi. Bilirsiniz ki, "Şəfa" stadionu 7 minə yaxın adam tutur. Bəxtimizdən, konsertin 5-ci mahnısından sonra, yağış elə yağdı ki, bütün aparatura yandı. Sonra müğənnilərdən biri çıxıb Röyaya acıq verdi ki, elə belə olacaqdır da. Bir dənə veriliş var idi o vaxt, yolun ortasında otururdular. Orda dedi ki, arzusu ürəyində qaldı. Amma Allah ondan betərini etdi və Zülfiyyə xanımdan sonra Röya yeganə müğənni oldu ki, Dənizkənarı Milli Parkda gəlin paltarında konsert verdi".Qeyd edək ki, əməkdar artist Röya Ayxan müsahibələrinin birində həmin konserti xatırlayaraq, 100 min xərcə düşdüyünü qeyd etmişdi. BAKU.WS
Oxşar xəbərlər
"Röyanın səs yazısı hələ də məndədir" - Afaq susmadı - VİDEO
Aparıcı Afaq Gəncəli "ATV maqazin onlarla" verilişinin "Hit parad" rubrikasının qonağı olub. BAKU.WS xəbər verir ki, məşhurları musiqi zövqünə uyğun sıralayan a...