Arda Turanın həyat yoldaşı bahalı çanta kolleksiyasını nümayiş etdirdi
Türkiyəli baş məşqçi Arda Turanın həyat yoldaşı Aslıhan Doğan Turan bahalı çantalara olan marağı ilə gündəmə gəlib.
BAKU.WS xəbər verir ki, proqramlardan birinin çəkiliş qrupu Aslıhanın yaşadığı evdə olub. Onlar onun bahalı çantalarını çəkib nümayiş etdiriblər.
Aslıhan pulunu həmişə bahalı markadan olan çantalara verdiyini açıqlayıb. O buna investisiya kimi yanaşdığını bildirib. Gələcəkdə qızı və ya gəlini olarsa onların da bu çantalardan istifadə edə biləcəyini deyib.
Aslıhanın çantalarının qiyməti ən az 1 milyon lirədir. (39 600 AZN) O ən çox "Hermes" markasından olan dəri aksessuarına üstünlük verdiyini açıqlayıb.
Ətraflı videoda:
Oxşar xəbərlər
Röya Ayxanın hərbi liseydəki konsertindən görüntülər
Xalq artisti Röya Ayxan yeni il ərəfəsində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin və Bakı Şəhər Mədəniyyət baş idarəsinin təşkilatçılığı ilə təşkil...