Aqil Məmiyev "INFLOW Global Summit 2018"də ölkəmizi təmsil edib - FOTOLAR

Aqil Məmiyev INFLOW Global Summit 2018də ölkəmizi təmsil edib - FOTOLAR
Şou-biznes 1060
Tanınmış moda təşkilatçısı, bloqer Aqil Məmiyev Türkiyənin İstanbulda şəhərində dünyaca məşhur "influencer"lərin qatıldığı beynəlxalq "INFLOW Global Summit 2018"də iştirak edib.BAKU.WS xəbər verir ki, o, ölkəmizi 100-ə yaxın "influencer"in iştirak etdiyi toplantıda «AGILLIVE» adlı bloqu ilə təmsil edib. "INFLOW Global Summit" bu dəfə də səyahət, moda, yemək və texnologiya seçimlərində yön verən digital məzmun istehsalçıları, səyahət bloqerləri, professional fotoqraflar və sektor professionallarını bir araya gətirib.Tədbirdə Rowan Row, Sonja Kovach, Anna Maria Damm, Əbdül Əziz bacıları, Alice Abdelaziz, Farah Abdelaziz, Nadine Abdel, Zaklina Berrido, Emir Bahadir, Mary Leest, Habiba Da Silva, Gurmeet Choudhary, Harsh Beniwal, Sendi Skopljak, Hofit Golan və s. məşhur "influencer"lər iştirak ediblər.Qeyd edək ki, "INFLOW Global Summit"in prezidenti Emre Gelen, vitse-prezidenti isə Afşin Avcıdır.Xatırladaq ki, bir müddət əvvəl Bakı şəhərində Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı, "Keepface Influencer" Marketinq Platformasının dəstəyi ilə "Global Influencer Day" keçirilmişdi. Sözügedən tədbirdə A.Məmiyev də mükafatlandırılmışdı. BAKU.WS

Son xəbərlər