Anardan ona qarşı saxtakarlıq edən modelə: "Ayıb olsun!"

Anardan ona qarşı saxtakarlıq edən modelə: Ayıb olsun!
Foto
Şou-biznes 263

Məşhur stilist Anar Ağakişiyevə qarşı saxtakarlıq edilib. 

BAKU.WS xəbər verir ki, Türkiyədə yaşayan azərbaycanlı modellərdən biri onun mağazadakı adına olan endirimdən icazəsiz istifadə edib. 

Bu barədə Anar sosial şəbəkədə bildirib. O video yayaraq həmin modelin ünvanına ağır sözlər söyləyib. Anar qeyd edib ki, o model onun 1800 lirəlik (təxminən 77 AZN) hədiyyəsini mənimsəyib. 

"Mənim haqqım olan 1800 lirəlik hədiyyəmi icazəsiz alıb. Bu Türkiyə qanunvericiliyində oğurluq hesab olunur. Mən şokdayam. Onun adını çəkib reklam edən deyiləm. Müddəti keçmiş bir modeldir. Ayıb olsun! Alış-verişdə də sadəcə maskalar alıb. Gedib Taksimdəki mağazaya mənim nömrəmi verib. Mənim adıma olan endirimdən istifadə edib və hədiyyəmi götürüb".

Son xəbərlər