Alimlərdən yeni açıqlama: “Ayda canlı həyat olub”
24
iyl
2018
23:00
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ-ın Vaşinqton universitetinin alimləri Ayda 3.5 milyard il əvvəl canlı həyatın olduğunu bildiriblər.BAKU.WS Ölkə.Az-a istinadən xəbər verir ki, Yerin peyki sayılan Ay 4 milyard il əvvəl yaranıb və onun nüvəsində böyük miqdarda isti qaz və su buxarı olub. Qazsızlaşma prosesi su hövzələrinin yaranmasına səbəb olub.Araşdırmalar zamanı məlum olub ki, Ayın səthində su molekulları var. Səma cisminin səthində də böyük miqdarda buz var (milyard ton). Bu buzlar kraterlərin dibindədir. Eyni zamanda Ay mantiyasında da suya rast gəlinib.Alimlər ehtimal edirlər ki, canlı orqanizmin yaranması üçün əsas təşkil edən bioloji molekullar Aya kometa və asteroidlər tərəfindən gətirilib. Eyni zamanda Yerdən də düşə bilərdi.BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanın nə qədər neft ehtiyatı qalıb? - OPEC-dən AÇIQLAMA
Ötən ilin sonuna Azərbaycanın təsdiq edilmiş xam neft ehtiyatları 7 milyard barrel təşkil edib.BAKU.WS-in "Azərtac"a istinadən verdiyi xəbərə görə, bu barədə Ne...