Yer planetində 1 milyard il əvvəl mövcud olmuş gizli qitə aşkarlandı

Yer planetində 1 milyard il əvvəl mövcud olmuş gizli qitə aşkarlandı
Şou-biznes 1049

 

Cənubi Afrikanın Vits Universitetinin professoru Luis Aşvalın rəhbərlik etdiyi tədqiqat qrupu Mavriki adasında 2,5-3 milyard il bundan əvvələ aid olan sirkon kristal parçalara rast gəlib.

BAKU.WS Trend-ə istinadən xəbər verir ki, vulkanik lavanın tərkibində tapılan kristallar dəniz altında qalan gizli qitənin mövcudluğuna dair dəlildir. Çünki həmin kristallar Yer üzünə vulkanik lavalar vasitəsilə çıxıb.

Alimlər vulkanik ada olan Mavrikinin altında "yatan" gizli qitəyə aid daha çox dəlillərə rast gəlinəcəyinə əminliklərini bildirirlər. Onların sözlərinə görə, sözügedən qitə bir neçə milyon il bundan əvvəl qitələr bir-birindən ayrıldığı zaman nəhəng dalğaların altında qalıb və okeanın dərinliklərinə qərq olub. Tədqiqatçılar iddia edirlər ki, təxminən bir milyard il əvvəl Yer üzündə sadəcə "Rodinya" adı verilən bir qitə mövcud olub.

Qeyd edək ki, Norveç, Cənubi Afrika, Almaniya və İngiltərədən olan elm adamları 2013-cü ildə Hind okeanında 50-80 milyon il əvvələ aid təxminən 25-30 kilometr qalınlığında qara obyekt kəşf ediblər.

BAKU.WS

Son xəbərlər