700 min il əvvəl yaşamış "hobbitlər"lə bağlı maraqlı araşdırma

700 min il əvvəl yaşamış hobbitlərlə bağlı maraqlı araşdırma
Şou-biznes 87

Beynəlxalq alimlər qrupu, İndoneziyanın Flores adasında təxminən 700 min il əvvəl yaşamış Homo floresiensis adlı kiçik boylu insan qohumlarının boyunu dəqiqləşdiriblər.

BAKU.WS xəbər verir ki, araşdırma "Nature Communications" (NatComms) adlı elmi jurnalda dərc edilib.

Məlumdur ki, bu hominid “Homo erectus”, yəni dik gəzən insan növü olub. “Homo erectus” təxminən 2 milyon il ilə 250 min il əvvəl mövcud olub.

Homo floresiensis, həmçinin Britaniya yazıçısı Con Tolkienin fantaziya janrındakı əsərlərində "hobbitlər" adlandırılıb. Tolkienin hobbitləri kimi, Homo floresiensis də müasir insandan təxminən iki dəfə kiçik olub. Əvvəllər onların orta boyunun təxminən bir metr olduğu düşünülürdü.

Tədqiqatçılar Floresdən olan "hobbitlərin" daşlaşmış qalıqlarını, o cümlədən dişləri və çiyin sümüyünün bir hissəsini analiz ediblər. Hesablamalar göstərdi ki, Homo floresiensis əvvəlki qiymətləndirmələrdən altı santimetr daha qısa olub.

Son xəbərlər