Ali məktəblərə daxil ola bilməyənlərə şad xəbər
19
may
2018
13:15
"Təhsil haqqında"qanuna edilən dəyişikliyə görə, universitetlərin nəzdində hazırlıq qruplarının yaradılması nəzərdə tutulub. Hazırlıq qruplarına ali məktəblərə qəbul imtahanlarında keçid balını keçməyən, aşağı nəticə göstərərək ixtisas seçiminə buraxılmayan abituriyentlərin qəbulu nəzərdə tutulub. 14 iyun 2017-ci ildə isə Prezident İlham Əliyev "Təhsil haqqında” qanuna dəyişikliklər edilməsi barədə qanunu təsdiqləyib.BAKU.WS "modern.az"a istinadən xəbər verir ki, universitetlərin nəzdində hazırlıq qruplarının yaradılması bu ilin sentyabrında gerçəkləşəcək.Məlumatda bildirilib ki, universitetlərin nəzdində hazırlıq qruplarının yaradılması ilə əlaqədar tezliklə Nazirlər Kabinetində müvafiq əmr imzalanacağı gözlənilir. Daha sonra isə hansı universitetlərin nəzdində hazırlıq qruplarının yaradılması məsələsinə baxılacaq. Həmçinin, hazırlıq qruplarında təhsil almaq üçün ödənişin məbləği müəyyənləşəcək.Bundan əlavə, "Hərbi vəzifə və hərbi xidmət haqqında” 2011-ci il 23 dekabr tarixli 274-IVQ nömrəli Qanununun çağırışçılara təhsilə görə müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət verilməsini tənzimləyən 21-ci maddəsinə dəyişikliklərin edilməsinə dair təkliflər Milli Məclisə göndəriləcək.BAKU.WS
Oxşar xəbərlər
Tələbə qəbulu Qaydalarında dəyişiklik edildi
Nazirlər Kabineti “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu qaydaları”nda dəyişiklik edib.BAKU.WS APA-ya istinadən məlumat verir ki, d...