Aktyor Kann Film Festivalında jurnalistə qışqırdı – səbəb nə olub?

Dünya şöhrətli Hollivud ulduzu Denzel Vaşinqton Fransada keçirilən Kann Film Festivalında xoşagəlməz hadisə ilə gündəmə gəlib.
BAKU.WS xəbər verir ki, 70 yaşlı aktyor qırmızı xalça mərasimi zamanı bir fotoqrafın onun qolundan tutmasına sərt reaksiya verib. Vaşinqton "Dayan!" deyə qışqıraraq jurnalistə etirazını bildirib. Hadisədən sonra fotoqraf aktyorla bir daha təmas qurmağa çalışsa da, Vaşinqton daha da qəzəblənib və səsini yüksəldib.
Gərginliyə baxmayaraq, aktyor üçün festival unudulmaz anlarla yadda qalıb. Rejissor Spik Linin "Highest 2 Lowest" filminin premyerası öncəsi Vaşinqtona Kann Festivalının ən nüfuzlu mükafatı – Fəxri Palma Budağı təqdim olunub.
Mükafatı almaq üçün səhnəyə çıxan Vaşinqton duyğularını gizlədə bilməyib: "Bu, mənim üçün tamamilə sürpriz oldu. Həyatımda çox şanslıyam". Festivalın direktoru Thierry Frémaux bildirib ki, bu mükafat onun kino sənətinə töhfəsinə hörmət əlamətidir.
Denzel Vaşinqton "Highest 2 Lowest" filmində varlı iş adamı Devid Kinq obrazını canlandırır. Film sentyabrda Apple TV+ platformasında yayımlanacaq.
Qalereya
Oxşar xəbərlər
Emin Ağalarov Rusiyada ard-arda konsert verəcək
Tanınmış müğənni və iş adamı Emin Ağalarov yaxın günlərdə Rusiyanın bir sıra şəhərlərində konsert proqramları ilə çıxış edəcək. BAKU.WS xəbər verir ki, Emin bu...
