Akif İslamzadənin oğlunun təmtəraqlı toyundan GÖRÜNTÜLƏR
Xalq artisti Akif İslamzadənin ailəsində xoş gün yaşanıb.
BAKU.WS xəbər verir ki, 77 yaşlı sənətçinin övladı Ayxanın toyu olub. Məclis paytaxtın dəbdəbəli məkanlarından birində təşkil edilib.
Ayxan sevib-seçdiyi xanımla ailə həyatı qurub. Tanınmış sənət dostları Akif İslamzadəni bu xoş günündə tək qoymayıb.
Məclisdə bir sıra Xalq və Əməkdar artistlər iştirak ediblər. Onlar arasında Xalq artistləri Brilliant Dadaşova, Zülfiyyə Xanbabayeva, Aygün Səmədzadə, Baba Vəziroğlu, Əməkdar artistlər Sevda Ələkbərzadə, Bəhram Bağırzadə, Abbas Bağırov, Ədalət Şükürov, o cümlədən tanınmış aparıcılar Emin Musəvi, Ceyhun Əli, Orxan Fikrətoğlu və başqaları olublar.
Sənətçilər məclis boyunca sevilən ifalarını səsləndirərək qonaqların ürəyini oxşayıblar.
Toyda Akif İslamzadə çıxış edərək yeni ailə quran övladı Ayxana arzularını və xoş sözlərini çatdırıb. Daha sonra isə övladı ilə qarşılıqlı şəkildə rəqs edib.
Məclisdən görüntülər sosial şəbəkələrdə yayılıb.
Qalereya
Oxşar xəbərlər
Kriştiano Ronaldo ilə evlənən Corcinanın keçmiş sevgilisi ilə fotoları yayıldı
Məşhur futbolçu Kriştiano Ronaldo ilə toyu olan Corcina Rodriqes gündəmdən düşmür. Bu dəfə isə o keçmiş həyatı ilə bütün diqqətləri üzərinə çəkib. BAKU.WS xəbə...