Ajda Pekkan bunun üçün 9000 dollar xərclədi
Məşhur müğənni Ajda Pekkanın ötən günkü konsertində geyindiyi səs-küylü kostyumunun qiyməti açıqlanıb.
BAKU.WS xəbər verir ki, bu barədə "Gel Konuşalım" verilişində bildirilib.
Canlı yayım zamanı aparıcı Ece Erken sənətçinin stilisti Burcu Sedef ilə əlaqə saxlayaraq geyimlə bağlı detalları öyrənib.
Qeyd edilib ki, ifaçının geyindiyi libasın dəyəri 5000 dollar (təxminən 8500 AZN) olub.
Ümumilikdə isə Ajda Pekkanın bu konsert üçün hazırladığı kombinin dəyəri 9000 dollar (təxminən 15 300 AZN) təşkil edib.
Bu kostyumun hazırlanmasına 1,5 ay vaxt sərf edilib.
"Bu, adi bir kostyum deyil. Üzərində xüsusi işləmələrvar, tamamilə əl işidir bə böyük parıltılı qaşlardan istifadə edilib. Hazırlanması çox çətin prosesdən keçib" - deyə dizayner Burcu Sedef qeyd edib.
Pekkanın bu bahalı səhnə geyimi sosial şəbəkələrdə istifadəçilər arasında müxtəlif reaksiyalara səbəb olub.
Oxşar xəbərlər
Ürəyində stendlə yaşayan 75 yaşlı aktyor vəfat etdi
"Yeşilçam"ın 75 yaşlı aktyoru Arif Ertan Güntav vəfat edib. BAKU.WS xəbər verir ki, onun ölümü barədə oğlu məlumat yayıb. O, sosial şəbəkədə paylaşdığı mesajda...