Afət Fərmanqızı kasıblara yardım edən Kamilə söz atdı - VİDEO

Son günlər idmançı Kamil Zeynallının yardım videoları, "Restornlarda pullar xərcləyən, "Gelandewagen", "Porsche" sürənlər haradadır?" fikirləri müzakirələrə səbəb olub. Onun bu xeyirxah addımını alqışlayanlarla yanaşı, videoları paylaşmaqla özünü reklam etdiyini düşünənlər də var. Belə düşünənlərdən biri də Afət Fərmanqızıdır. BAKU.WS xəbər verir ki, Afət ARB-nin
Hər bir nəsildə-kökdə mütləq imkanı bir az babat olan var. Bu çətin günlərdə hərə öz ətrafına, qohum-əqrabasına çörək versin, onu da heç kimə bildirməsin. Onu sındırmasın. Mən belə düşünürəm və buna riayət edirəm. Demirəm, bütün nəsilə baxıram, bacardığımı, gücüm çatanı edirəm. Alacaqlarım var idi, onlardan vaz keçdim. Mən öz qohum-əqrəbamdan artıq qalarsa, tanımadıqlarıma yardım edərəm.
Mənim üstümə çox gəldilər, hətta bəziləri sosial şəbəkələrdə çəkib paylaşır, ordan-burdan söz atır ki, "Gelandewagen", "Porsche" sürənlər niyə yardım etmir? Başa düşmürəm, 50 dərəcə istidə toy oxuyub, zülm çəkib özüm üçün güzəran qurmuşam və nəyisə almışam ki... (fikrini sonlandırarsa qalmaqala səbəb olacağını düşünən Afət qısa pauzadan sonra sözünü belə davam edir) Sizin balalarınızın toyuna sürüb getməkçün almışam o maşını, sizin üçün etmişəm".
Oxşar xəbərlər
“Şainçik, danış, mənə pul versinlər...” – Şok VİDEO
2016-ci ilədək aprel məğlubiyyət, daha doğrusu itki ayı idi. Ya 1920-ci ilin 28 aprel işğalı ilə, ya da 1993-cü ilin 2 aprelində Kəlbəcəri düşmənə buraxıb çıxma...