Afaq Bəşirqızı ilə +18 söhbəti...

Afaq Bəşirqızı ilə +18 söhbəti...
Şou-biznes 2814
Xalq artisti, tanınmış aktrisa Afaq Bəşirqızı Azərbaycanda “18+” anonsu ilə təqdim olunan film və tamaşalara münasibət bildirib.BAKU.WS-in yeniçag.az-a istinadən verdiyi məlumata görə, aktrisa açıq-saçıq səhnə tələb edən bədii əsərində +18 səhnələrinə normal yanaşmaq lazım olduğunu söyləyib:"Əgər mentalitetdən söhbət gedirsə, ətrafda, real həyatda baş verənlərə münasibəti göstərmək rejissorun, nəticə çıxarmaq isə tamaşaçının səlahiyyətinə daxildir. Biz Qərb mədəniyyətindən danışırıqsa, buna sivil münasibət bəsləmək lazımdır. Əlbəttə çadraya bürünmək başqa məsələdir. Əgər teatrdan söhbət gedirsə, rejissor bunu düşünməlidir ki, hansı tamaşanı qoyur və tamaşaçı bunu “yeyəcəkmi”?! Və ən əsası aktyor bunu rejissorun istədiyi kimi təqdim edə biləcək, ya yox?!"Xalq artisti aktyorların açıq-saçıq səhnə üçün yüksək məbləq tələb etməsini anlamadığını bildirib:"Əgər o sənəti qəbul edibsə, neçəyə soyunub, neçəyə geyinməsindən söhbət getmir. Çünki artıq o fanatdır və kəfənini geyinib bu sənətə gəlib. Əslində bu suala cavab verə biləcək adam varsa, o da rejissordur. O, tamaşaçısını inandırmalıdır ki, sən gəlib bu tamaşaya baxacaqsan.Avropada elə aktrisalar var ki, intim səhnələri açıq-aydın nümayiş etdirir, eləsi də var bunu yalnız hiss etdirirlər. Əgər Afaq Bəşirqızı kimi fikrimi öyrənmək istəyirsinizsə, deyim: bir az abır-həyamız qalıb, onu da verək bada, bu çətin məsələdir. Biz səhnədə abır-həyamızı bada verə bilmərik…"BAKU.WS

Son xəbərlər