Acun Ilıcalı ilk dəfə açıqladı: "Azərbaycandan da təklif aldım" (VİDEO)
"O Ses Yunanıstan" layihəsini həyata keçirən Acun Ilıcalı bundan sonrakı hədəfinin İngiltərə və Almaniya olduğunu söyləyib.
BAKU.WS-in məlumatına görə, Ilıcalı yunan xalqını ekran başına kilidləyən türk olmaq istədiyini bildirib.
Acun Ilıcalının 1,5 ildir üzərində çalışdığı layihəsi tamaşaçılara təqdim olunub. Afinada təşkil edilən kokteylə münsif üzvləri Elena Paparizu, Sakis Ruvas, Kostis Maraveyas və Panos Mouzourakis ilə bir araya gələn Acun maraqlı açıqlamaları ilə yadda qalıb:
"Ölkə xaricində türk serialları kimi müvəffəqiyyətli olmaq istəyirəm. Bu layihə ilə bağlı Rumıniya və Azərbaycandan da təklif aldım".
Şahin Həbibov
BAKU.WS
Oxşar xəbərlər
Acundan “Survivor 2017” sürprizi
"Survivor” yarışmalarının aparıcısı Acun Ilıcalı verilişlə bağlı yeniliklər edib. Axşam.az acunn.com-a istinadən xəbər verir ki, aparıcı növbəti mövsümdə Domin...