Yunus Günçedən "Survivor"da Acunu heyrətləndirən təklif (VİDEO)
"Survivor" yarışma proqramında maraqlı anlar yaşanıb.
BAKU.WS-in məlumatına görə, iştirakçılardan Yunus Günçe yarışmanın aparıcısı və prodüseri Acun Ilıcalıya maraqlı bir xahiş edib. Günçe ada toplantısının "Yunus Günce toplantı salonu" olaraq dəyişdirilməsini təklif edib.
Məşhurlar komandasından Yunus Günçenin 5-ci dəfə səsverməyə çıxarılması iştirakçını bir xeyli əsəbiləşdirib: "Bunun bir rekord olub olmadığı mənə maraqlıdır. Əgər bu bir rekordusa, toplantı ərazisinə mənim adımı verib. İsrar etmirəm, bu yalnız bir təklifdir. Bəlkə girişə mənim kiçik bir büstümü də qoya bilərsiniz. Ən azından gedərkən bir iz buraxaram".
Bu təklif qarşısında çaşqınlığını gizlətməyən Acun Ilıcalının cavabı isə gecikməyib: "Belə bir ad dəyişikliyi bizə uyğun deyil. Amma məncə çox gözəl bir yumor duyumun var. Bununla yanaşı, "Survivor"da onsuz da bir iz buraxdın".
BAKU.WS
Oxşar xəbərlər
Leyla və Arif Yunus Azərbaycandan getdi
"Sülh və Demokratiya İnstitutu"nun direktoru Leyla Yunus və onun həyat yoldaşı Arif Yunusun ölkədən çıxmasına icazə verilib. BAKU.WS məlumat verir ki, bu barəd...