Abşeron yarımadasındakı sürüşmə zonalarının son vəziyyəti açıqlanıb
24
sen
2018
16:35
"Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən Abşeronda yerləşən bütün sürüşmə sahələrində müşahidələr aparılıb".BAKU.WS xəbər verir ki, bunu report-a açıqlamasında nazirliyin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.O bildirib ki, aparılan monitorinqlərin nəticələrinə görə, Abşeron yarımadasında yerləşən sürüşmə zonalarında hazırda ciddi bir gərginlik müşahidə olunmayıb: "Təbii ki güclü, leysan xarekterli yağışdan sonra xırda uçqunlar olur, amma bu uçqunlar sürüşmə deyil. Ola bilsin divarın bünövrəsi yaxşı olmayıb, güclü yağışlara tab gətirə bilməyib və uçub".Ə.Qaralovun sözlərinə görə, sürüşmə zonalarında daimi olaraq müşahidələr aparılır.BAKU.WS
Oxşar xəbərlər
Nazirlik: Bayılda sürüşmə aktiv fazadadır
“Hazırda Bayıl sürüşmə zonasında müşahidələr, mühəndis araşdırmaları aparılır, sürüşmə aktiv fazadadır və davam edir”.Bunu “Report”a açıqlamasında ərazidə olan...