“21 yaşında mən o bağda ilk dəfə...” - Pərvin milyonluq bağın sahibindən danışdı

Novxanıda inşa olunan Bəxtiyar Daliyə məxsus cah-cəlallı bağ ətrafında ötən gündən söz-söhbət səngimək bilmir. Sosial şəbəkədə bağın sahibi haqda müxtəlif fikirlər danışılır.
BAKU.WS “shownews.az”a istinadən xəbər verir ki, aktrisa Pərvin Abıyeva açıqlamasında həmin bağda illər əvvəl serial çəkildiyini deyib:
"Təxminən 21 yaşım olardı. İlk dəfə serial çəkilirdi. "Oğurlanmış arzular" adlanırdı. O vaxt Bəxtiyar müəllim özü razılıq vermişdi serial çəkilişinə. Çox mehriban və sadə insandır. Hər çəkilişdən sonra bütün çəkiliş heyətinə qonaqlıq verirdi. Həftədə 2-3 dəfə çəkilişlər olurdu. Çəkiliş zamanı Bəxtiyar müəllim özü də bağda olurdu.
Serialda əsas rolları Almaz Ələsgərli və Tural Əsədov canlandırırdı".
Oxşar xəbərlər
Aktrisa Nərgiz Əliyeva: "3 gün cinlərlə yaşamışam" (VİDEO)
BAKU.WS-in budəfəki müsahibi aktrisa Nərgiz Əliyevadır. - Özünüzü necə təqdim edərdiniz?- Nərgiz Əliyeva. - Necə oldu ki, "Maşın şou"ya qatıldınız?- "Maşın şou"...
