SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Tanınmış müğənni Xatirə İslam yenə qalmaqal səbəb olub. 
 
BAKU.WS məlumat verir ki, Instagram hesabında izləyicilər müğənninin paylaşımında boşanan qadınlar haqqında pis yola düşürlər deməsini qınayan şərhlər yazıblar. Müğənni isə öz növbəsində elə bir söz demədiyini, saytların onun adından yalan məlumat yaydıqlarını bildirib. 
 
"Vaxtım olmadı axtarmağa, bilən varsa yazsın, zəhmət olmasa. Mən harada demişəm qadınlar boşanandan sonra pis yola düşürlər? Hansı saytda oxumusunuz, hardandı bu məlumat sizdə, yazın. Görüm kimdir yenə özünü gicitkan koluna sürtən. Onu qaşıyım da mən qaşınan yerindən".
 
Daha sonra müğənni bunları yazıb:
 
"Ey insanlar, adam hər eşitdiyinə inanmaz, gördüyünə inanar. Bəzi saytlarda gündəm xatirinə yazılmış xəbərlərə baxdığınıza mənim Instagram hesabıma baxın. Mənə aid olan xəbərin ən düzgünü buradadır. Təşəkkürlər. Dietadayam, əsəbiyəm, beynimi xarab eləməyin".
 
BAKU.WS