Həyat yoldaşından Səfurə Əlizadəyə 8 Mart hədiyyəsi - FOTO

Uzun fasilədən sonra səhnəyə qayıdan müğənni Səfurə Əlizadə sosial şəbəkədə aktivlik nümayiş etdirir. İfaçının ailə fotoları izləyicilər tərəfindən daha çox bəyənilir.
BAKU.WS xəbər verir ki, üç uşaq anası olan Səfurə 8 Mart bayramı münasibətilə həyat yoldaşından aldığı hədiyyəni "İnstagram" səhifəsində paylaşıb.
Xatırladaq ki, Səfurə Əliyeva (Əlizadə) 2010-cu ildə Azərbaycanı "Eurovision" mahnı müsabiqəsində təmsil edib. 2013-cü ildə mərhum energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyevə ərə gedib. Ailə həyatı qurduqdan sonra soyadını dəyişib və səhnə ilə vidalaşıb. Fərhad və Səfurə Əliyevalar cütlüyünün İsgəndər və Natiq adında oğulları, Aişə adlı qızları var.

Oxşar xəbərlər
Səfurə Əlizadə əri ilə bacısının toyunda - VİDEO
Eks nazir gəlini Səfurə (Əliyeva) Əlizadə həyat yoldaşı Fərhad Əliyevlə bacısı Fidanın toyundan görüntülərini izləyiciləri ilə bölüşüb. BAKU.WS xəbər verir ki,...
