Ramanada tarixi quyular zibilliyə çevrilib? - Sakinlərdən ŞİKAYƏT
Paytaxtın Ramana qəsəbəsi, Əbdürrəhim bəy Haqverdiyev küçəsinin sakinləri Baku TV-nin qaynar xəttinə müraciət edərək bildiriblər ki, ərazidə yerləşən iki tarixi quyu baxımsız vəziyyətdədir və içərisi çirkab su ilə dolub.
Sakinlərin sözlərinə görə, quyulardan birinin üzəri paslanmış dəmir barmaqlıqla örtülüb, ətrafındakı daşlar isə uçmaq təhlükəsi ilə üz-üzədir.
Digər quyunun ağzı isə yalnız taxta qapaqla bağlanıb. Bu vəziyyət xüsusilə ətrafda oynayan uşaqlar üçün ciddi təhlükə yaradır. Onlar bildirirlər ki, problemlə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, məsələ indiyədək həllini tapmayıb.
"Bu quyu təhlükəli olduğu və içi zibillə dolu olduğu üçün dəfələrlə aidiyyəti qurumlara müraciət etmişəm. Gəlib baxan olmayıb. Hətta Mədəniyyət Nazirliyinə qədər müraciət etmişəm. Mənə bildiriblər ki, quyu onların balansında deyil. Kimin balansındadırsa, gəlib onu təmir etsə, yaxşı olar. Burada azyaşlı uşaqlar oynayırlar. Bu quyu əvvəllər bağlı idi. Son dörd-beş ildə qazıb üzə çıxarıblar və tarixi abidə kimi təqdim ediblər. Amma tarixi abidəmiz bu gündədir", - deyə sakinlərdən biri bildirib.
Oxşar xəbərlər
Diplomatik xidmətə qəbul üzrə müsabiqənin birinci mərhələsi keçirilib
21 iyun tarixində Xarici İşlər Nazirliyinə diplomatik xidmətə qəbul üzrə yazılı imtahanın birinci mərhələsi (test imtahanı) keçirilib. XİN-dən BAKU.WS-ə verilən...