İran Hörmüz boğazının açılması üçün şərtlərini açıqladı

İran Hörmüz boğazının açılması üçün şərtlərini açıqladı
Dünya 15

İran Livanda atəşkəs təmin edilməyən və ölkənin neft ixracına tətbiq olunan məhdudiyyətlər aradan qaldırılmayanadək Hörmüz boğazını yenidən açmaq niyyətində deyil.

BAKU.WS xəbər verir ki, bu barədə İranın Tasnim agentliyi məlumatlı mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, Tehran Hörmüz boğazının açılması üçün bir sıra şərtlər irəli sürüb. Bu şərtlər arasında İranın xaricdəki maliyyə aktivlərinin blokdan çıxarılması, Livan da daxil olmaqla bütün istiqamətlərdə hərbi əməliyyatların dayandırılması, tətbiq olunan blokadanın tam ləğvi və İran neftinin satışına icazələrin verilməsi yer alır.

Mənbə qeyd edib ki, ABŞ tərəfindən İran limanlarına daxil olan və ya onları tərk edən dəniz nəqliyyatına qarşı məhdudiyyətlərin yumşaldılması Tehranın tələblərini tam qarşılamır. İran rəhbərliyi daha geniş addımların atılmasını gözləyir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər