Müğənni Natavan Həbibi həmkarı Röya Ayxanın "V element" verilişində Elnarə və onunla bağlı verdiyi açıqlamaya münasibət bildirib. 
 
BAKU.WS məlumat verir ki, müğənni "Atv maqazin onlarla verilişinə açıqlamasında Röyanın "Qızlar mənə ingilis dilini bilmədiyim üçün çuşka deyirdi" sözünə cavab verib:
 
"Biz indi də ona elə deyirik. Problem yoxdur, mən indi də ona elə deyə bilərəm. Röyanı mən tanıdığım kimi kimsə tanıya bilməz. Çünki biz yaxın olmuşuq. Bir-birimiz üçün biz heç vaxt ulduz ola bilmərik. Bu mümkünsüzdür. Çünki özümüzünküdür. Ona görə mənim münasibətim heç vaxt dəyişə bilməz".
 
Müğənni Röyanın onların geyimi ilə bağlı səsləndirdiyi fikrə də münasibət bildirib:
 
"Hə indi bizi bəyənməz. Biz axı qapalı geyinirik. O da müasir olub, lütlənib eləyir. Yəqin müasirlik onun üçün onla ölçülür. Biz geridə qalmışıq, qapalı geyinirik".
 
BAKU.WS