80 yaşlı Emel Sayın bu səbəbdən konsertlərini təxirə saldı

80 yaşlı Emel Sayın bu səbəbdən konsertlərini təxirə saldı
Şou-biznes 228

Məşhur müğənni Emel Sayın səhhətində yaranan problemlər səbəbindən bu ay keçirilməsi planlaşdırılan iki konsertini təxirə salıb.

BAKU.WS "Haber Global"a istinadən xəbər verir ki, 80 yaşlı sənətçi sosial şəbəkədə yaydığı açıqlamada 14 iyunda Bursada, 17 iyunda isə İstanbulda baş tutmalı olan konsertlərin başqa tarixlərə keçirildiyini bildirib.

"Qısa müddət ərzində müalicə almağım lazımdır. Mənə ünvanlanan xoş arzulara görə hər birinizə təşəkkür edirəm" - deyə o qeyd edib.

Sənətçi yaxın günlərdə paylaşacağı videomüraciətdə konsertlərin təxirə salınmasının səbəbləri barədə daha ətraflı məlumat verəcəyini də qeyd edib.

Xatırladaq ki, Emel Sayının Bursa və İstanbuldakı açıq hava konsertləri yay mövsümünün ən çox gözlənilən musiqi tədbirləri sırasında yer alırdı.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Şəhid anasının xatirəsi: "Oğluma dedim ki, əsir düşməmək üçün özünü vur"

Şəhid anasının xatirəsi: "Oğluma dedim ki, əsir düşməmək üçün özünü vur"

Oğuz rayonunun Xaçmaz kəndində dünyaya gələn Rəvan Lətifov doğmalarının, həmkarlarının və xüsusilə şagirdlərinin yaddaşında qəhrəman müəllim kimi qalıb. 44 günl...

63 Şou-biznes 16:51 04 oktyabr 2026

Son xəbərlər