Reanimasiyaya yerləşdirilən Rəfael Dadaşovdan XƏBƏR VAR - VİDEO
Səhhətində yaranan problemlərə görə Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilən Xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru Rəfael Dadaşov indiki durumu barədə danışıb.BAKU.WS lent.az-a istinadən xəbər verir ki, xəstəxanada açıqlama verən aktyor bildirib ki, müalicəsi davam edir:
"Allahın köməkliyi ilə babatam. Sağ olsunlar, qulluq edirlər. 4 gün reanimasiyada yatdım. Dünən günortadan palataya düşmüşəm. Belə baxanda, ilk gəlişimdən indi yaxşıyam. Səhhətimdə dəqiq nədən əziyyət çəkdiyimi özüm də bilmirdim. Məni daha çox təngnəfəslik narahat edirdi. Addımımı düz ata bilmirdim. Canıma qorxu düşdü. Təcili yardım çağırdılar, bura gətirdilər. Ürək çatışmazlığı imiş. Bir də daxildə su var idi. 4 günə özümə gətirdilər. Ürəklə bağlı problemi tarazlaşdırdılar. İndi böyrəklərimdə su qalıb, onu düzəldəcəklər”.
Qeyd edək ki, R. Dadaşov dekabrın 2-də ürəyin işemik xəstəliyi infarktdan sonrakı kardioskleroz və ağciyərlərin xroniki abstruktiv xəstəliyi diaqnozu ilə Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib.
Oxşar xəbərlər
Səhhəti pisləşən xalq artistinin qızı canlı yayımda DANIŞDI – VİDEO
Bu gün xalq artisti Rəfael Dadaşovun səhhətinin pisləşdiyi xəbəri yayılıb. Məsələ ilə bağlı ARB TV-nin “Elgizlə İzlə” verilişində xalq artistinin qızı müğənni,...