Rəfael Dadaşov Amaliya Pənahova haqqında: "Onunla səhnədə olanda özümü yığışdırırdım"

Rəfael Dadaşov Amaliya Pənahova haqqında: Onunla səhnədə olanda özümü yığışdırırdım
Şou-biznes 1820
Azərbaycan Respublikası Xalq аrtisti Rəfael Dadaşov vəfat edən Xalq artisti, aktrisa Amaliya Pənahova haqqında danışıb. BAKU.WS-in məlumatına görə, aktrisa ilə vida mərasimində iştirak edən Rəfael Dadaşov danışmaqda çətinlik çəkdiyini bildirib: "Amaliya xanımla birgə işləmişik, tərəf müqavili olmuşuq. Amaliya xanımla səhnədə olmaq xoşbəxtlik idi. Onunla səhnədə olanda özümü yığışdırırdım. Çalışırdım ki, ona layiqli tərəf müqabili olum. Bu gün Azərbaycan mədəniyyəti, teatrı böyük sənətkarı itirdi".Xatırladaq ki, xərçəng xəstəliyindən əziyyət çəkən Amalya Pənahova noyabrın 8-də dünyasını dəyişib.Hüseyn MəmmədsalahovBAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər