VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Belçika mənşəli amerikalı aktyor, döyüş sənəti ustası Jan Klod Van Damm Azərbaycanda heykəlinin ucaldılmasına görə minnətdarlığını bildirib.

BAKU.WS xəbər verir ki, bununla bağlı aktyor "Facebook" səhifəsində paylaşım edib.

“Heykəltaraş Azad Əliyev tərəfindən Azərbaycanın Vəndam adlı kəndində həqiqi ölçülərə uyğun gələn JCVD (Jan Klod Van Damm) heykəli ucaldılıb. Təşəkkür edirəm", - deyə aktyor qeyd edib.

Jan Klod Van Dam təşəkkürü #Azerbaijan həştəqi ilə paylaşıb.


BAKU.WS
QALEREYA