72 yaşlı Con Travolta illər sonra Kanna 26 yaşlı qızı ilə qatıldı
Holivud ulduzu Con Travolta illər sonra Kann Film Festivalına 26 yaşlı aktrisa qızı Ella Blu Travolta ilə qatılıb.
BAKU.WS xəbər verir ki, ata-qız məşhur festivalda Con Travoltanın rejissor kimi debüt etdiyi "Propeller One-Way Night Coach" filminin qalasında iştirak edib.
26 yaşlı Ella Blu filmdə gənc aktyorlar Eduard Filipponnat və Klark Şotuell ilə birlikdə rol alıb.
Travoltalar üçün bu gecənin xüsusi mənəvi əhəmiyyət daşıdığı bildirilir.
Belə ki, Ella sonuncu dəfə 2018-ci ildə Kann Film Festivalına atası Con Travolta və mərhum anası Kelli Preston ilə birlikdə qatılmışdı.
Ata-qızın səmimi görüntüləri festivalın ən çox diqqət çəkən anlarından biri olub.
Sosial şəbəkələrdə yayılan fotolar isə qısa zamanda böyük maraq doğurub.
Qalereya
Oxşar xəbərlər
Bu məşhur aktyor "A.B.İ" ilə ekranlara qayıdır
Aktyor Kenan İmirzalıoğlunun yeni serialının heyətinə tanınmış aktyor qatılıb. BAKU.WS xəbər verir ki, baş rollarını Kenan İmirzalıoğlu, Diren Polatoğulları və...