SİZİN REKLAM BURADA!
055 213 76 73


  
Rəqqasə Fatimə Fətəliyeva xalq artisti Aygün Kazımovanın sosial şəbəkədə yazdığı "Hər birinizin mənfi rəyi, elə mənim bir yerimə" şərhindən danışıb.

Axşam.az-ın məlumatına görə, sənətçi "MUZ TV"yə açıqlamasında müğənnini buna görə qınayıb. 

F.Fətəliyeva sənətçilərin sosial şəbəkədə təhqirlər yazmasına qarşı çıxdığını deyib:

"Aygün Kazımova sosial şəbəkədə belə bir şərh yazıb. Bu bütün sənət adamları üçün mənfi bir hərəkət idi. O hərəkətlərə görə bizə də pis baxırlar. Adi tamaşaçılardan olsaydım çox əsəbiləşərdim, sarsılardım. O nə deməkdir, başa düşmədim? Ayıbdır.... Tanınmışıq deyə, nə istəyirik danışmalıyıq? Biz xalqa nümunə olmalıyıq. İnstaqramda tamaşaçı ilə ünsiyyət vasitəsindən biridir. O nədi, ağzına gələni yazırsan? Bəziləri elə biləcək ki, onunla özümü reklam edirəm. Mənə elə reklam lazım deyil".
 
BAKU.WS