Xalq artisti Qurana əl basıb, tövbə etdi - SƏBƏB

19
avq
2019
09:34
Xalq artisti, tanınmış aktyor Qurban İsmayılov keçmişi ilə bağlı etiraf edib.BAKU.WS yeniçag-a istinadən xəbər verir ki, aktyor illər öncə içkiyə qurşandığını və bu vərdişdən xilas olmaq üçün tövbə etdiyini bildirib:“İçkiyə qurşanmışdım. Bu vərdişimlə anamı, övladlarımı çox incidirdim. Amma bu yoldan dönə bilmirdim, bacarmırdım. Onları həddən artıq çox sevdiyim üçün Qurana əl basıb, tövbə etdim. Eşitmişdim ki, tövbə edən insan səhvini təkrarlasa, yaxın adamı ölər. Doğmalarımı çox sevdiyim üçün bilirdim ki, mən onlara görə, heç vaxt səhvimi təkrarlamaram. Onda 36 yaşım vardı. Düz 23 ildir ki, dilimə spirtli içki dəymir”.Aktyor Az.TV-nin “Ağ-qara” verilişində bu etirafı edib.
Oxşar xəbərlər
Flora Kərimovadan xalq artisti ilə bağlı etiraf: “Məndən xoşu gəlirdi”
Xalq artisti Flora Kərimova “Zaurla Günaydın” verilişinin qonağı olub.BAKU.WS “axşam.az”a istinadən xəbərr verir ki, müğənni açıqlaması ilə hər kəsi təəccüblənd...