64 yaşlı aparıcı bu səbəbdən Hadisedən üzr istədi

64 yaşlı aparıcı bu səbəbdən Hadisedən üzr istədi
Foto
Şou-biznes 177

Müğənni Hadiseni təhqir edən idman şərhçisi Ahmet Çakar ondan üzr istəyib.

BAKU.WS xəbər verir ki, sənətçi ötən il qatıldığı proqramlardan birində şəxsi həyatı ilə bağlı verdiyi açıqlamalar Ahmet Çakar tərəfindən təhqir edilmişdi.

Müğənni isə həmin təhqiramiz ifadələri əsas gətirərək, şəxsiyyəti alçaldığı üçün qarşı tərəfi məhkməyə vermişdi.

Prosesə baxan Beykoz Asliye Hüquq Məhkəməsi Hadiseni haqlı tərəf kimi tanıyaraq Ahmet Çakarın 50 000 lirə (1960 AZN) məbləğində mənəvi təzminat ödəməsinə qərar verib.

Məhkəmə qərarından təxminən bir ay sonra 64 yaşlı aparıcı mövzu ilə bağlı açıqlama verərək Hadisedən üzr istəyib.

"Türkiyənin ən sevilən sənətçilərindən olan Hadise haqqında söylədiyim sözlərə görə məhkəmə tərəfindən haqsız hesab edildim. Məhkəmənin qərarına hörmət edirəm. Bəzən tənqid etmək məqsədini aşır. Hadise xanım, haqqınızı halal edin. Sizdən və yaxınlarınızdan səmimi qəlbdən üzr istəyirəm" - deyə, o qeyd edib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

27 yaşlı aktrisa özünə 12 milyonluq "Jeep" aldı

27 yaşlı aktrisa özünə 12 milyonluq "Jeep" aldı

27 yaşlı aktrisa Cemre Baysel yeni və lüks "Jeep"i ilə gündəmə gəlib.  BAKU.WS xəbər verir ki, aktrisanın maşınının qiyməti 12 milyon lirədir.  Cemre İstanbulda...

178 Şou-biznes 17:41 24 iyun 2026

Son xəbərlər