61 yaşlı model: "Hədəfim 120 yaşa qədər yaşamaqdır"
Keçmiş model Neşe Erbek açıqlaması ilə marağa səbəb olub.
BAKU.WS xəbər verir ki, 61 yaşlı model aparıcı Saba Tümerin verilişinə qonaq olarkən 120 yaşına qədər yaşamaq istədiyini bildirib:
"Hədəfim 120 yaşa qədər yaşamaqdır. Həmin yaşımda da belə qalacağam. Elm, tibb texnologiya inkişaf edib" -deyə o qeyd edib.
Xatırladaq ki, Neşe Erberk 1964-cü ildə İstanbulda doğulub. Boğaziçi Üniversitesində Ali təhsil alıb. 1983-cü ildə qatıldığı müsabiqədə Türkiyə gözəli seçilib. 1984-cü ildə Avropa gözəli seçilib və model kimi peşəkar fəaliyyətə başlayıb.
1987-ci ildə öz adını daşıyan model və fotomodel agentliyini quraraq iş həyatını davam etdirib. Podiumlara yeni simalar qazandırıb.
Oxşar xəbərlər
Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA
Xalq artisti Alim Qasımovla qızı, Əməkdar artist Fərqanə Qasımova İspaniyaya yollanıblar. BAKU.WS xəbər verir ki, məşhurlar Pamplona şəhərində muğam ifa ediblə...