Rüfət Axundova efir qadağası qoyulacaq - VİDEO
 
                            
                            
                                08
                                apr
                            
                                2019
                                10:46
                            
                            
                        Bu gündən müğənni Rüfət Axundova efir qadağası tətbiq ediləcək. BAKU.WS ONA-ya istinadən xəbər verir ki, Milli Televiziya və Radio Şurası (MTRŞ) müğənniyə efir qadağasının tətbiq edilməsi ilə bağlı telekanallara şifahi xəbərdarlıq edəcək. MTRŞ-nın apardığı monitorinq nəticəsində məlum olub ki, müğənni Rəşad İlyasov efirdə R. Axundovla birgə mahnı ifa etməsinə baxmayaraq, ədəbsiz ifadələr işlətməyib. Qeyd edək ki, aprelin 5-də "Space” TV-nin "Hər səhər" verilişində müğənni Rüfət Axundov mahnı ifa edərkən efirdə ədəbsiz ifadələr işlədib. MTRŞ buna görə "Space" TV-ni cərimələyib. Telekanalın İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq 5-8 min manat cərimə olunması ilə bağlı kanal rəhbərliyinin iştirakı ilə protokol tərtib olunub, qərar qəbul edilib, iş məhkəməyə göndərilib. BAKU.WS  
                    
                    
                    
                    
                    
                    
                    Oxşar xəbərlər
“Space” TV efirdəki biabırçılıqla bağlı QƏRAR VERDİ
Xəbər verdiyimiz kimi, “Space” telekanalı “Hər Səhər” verilişində müğənnilər Rüfət Axundov və Rəşad İlyasovun mahnını söyüşlə oxuması səbəbindən Milli Televiziy...
 
                     
                                             Haqqımızda
                        Haqqımızda
                     
                             
                     
                     
                     
                     
                    