Bu görüntülərə görə ATV-yə xəbərdarlıq edildi - VİDEO

Bu görüntülərə görə ATV-yə xəbərdarlıq edildi - VİDEO
Video
Şou-biznes 17877
Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib.BAKU.WS MTRŞ-a istinadən xəbər verir ki, iclasda ATV telekanalı tərəfindən “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması faktı müzakirə edilib. Qeyd edilib ki, ATV telekanalında həftə içi saat 10.00-12.00 arası yayımlanan, Yusif Ağayevin aparıcılıq etdiyi “10-dan sonra” verilişinin 09.07.2018-ci il tarixli buraxılışında ədəbsiz ifadələrdən, sözlərdən istifadə olunduğuna görə “Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyası”na xəbərdarlıq elan olunub. MTRŞ-nın xəbərdarlığına səbəb olan görüntüləri təqdim edirik:

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər