SİZİN REKLAM BURADA!
055 213 76 73



“Həmin an yanımda köməkçim yox idi. İnsanın yanında kimsə olanda belə şeyləri görür, müdaxilə edir”.

Bu sözləri “Qafqazinfo”ya açıqlamasında müğənni Şəbnəm Tovuzlu deyib. O, “Gucci” brendinə məxsus kəməri tərs taxmasının sosial şəbəkələrdə müzakirə olunmasına münasibət bildirib:

“Həmin gün 4-5 tədbir var idi, sonuncuya özüm hazırlaşım evdən çıxmışdım. Heç güzgüyə baxmamışdım. Şəkli paylaşanda da fikir verməmişəm, tez pavilyona getmişəm. Təki belə şeyləri müzakirə etsinlər”.

Ş. Tovuzlu kəmərin “fake” olması barədə səsləndirilən fikirlərə də reaksiya verib: “Ayaqqabı, çanta, kəmər və üst geyimlərimin hamısı orijinaldır. Mən elə-belə şey almıram. Ziyafət, gündəlik geyimləri ucuz ala bilərəm. 100-500 mana arası pul verə bilərəm”.

O, sosial şəbəkədə sözügedən mövzu barədə onu ələ salan həmkarı Nigar Camala cavab verib: “Nigar xanımla alış-verişim yoxdur.Nigar özü yaxşı bilir ki, atdığı addım Nigar üçün üstündür. Mənim də şəxsiyyətim, xanımlığım var. O, məni lağa qoya bilməz. Buna cürəti çatmaz. Onun öz dilindən eşitsəydim, cavabım başqa olardı”.

İfaçı onu bayağı musiqiçi kimi qələmə verənlərə də etirazını bildirib: “Günün nəbzi nədirsə, onu oxuyuram. Pis çıxmasın, müğənnilər cibinə işləyir. Biz türklər deyilik ki, konsertlərdən pul qazanaq. Düzdür, biletlərimiz satılır, amma dekorasiya, texnika üçün cibimizdən pul ödəyirik. Şükür ki, toylarımız var. Ona görə də, cibimizə nə xeyirdisə, onu oxuyuram. İstəsəm əlimdə qaval muğam oxuyaram, kənarda oturaram. Ailə, uşaq var. İşləmək, dolanmaq lazımdır. Başa düşürsüz də məni, yaxşı geyinmək lazımdır”.

BAKU.WS