VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Ötən gün dünyanın ən gözəl qadını seçilib.
 
BAKU.WS-in məlumatına görə, "Miss World 2015" yarışmasının qalibi İspaniyanı təmsil edən Mireya Lalaquna Royo olub. Çinin cənubundakı Sanya adasında dünən axşam təşkil edilən gözəllik yarışmasına yekun vurulub.
 
114 gözəlin ölkəsini təmsil etdiyi yarışmada ikinciliyi Rusiyanı təmsil edən Sofiya Nikitçuk (22), üçüncülüyü İndoneziyanı təmsil edən Mariya Harfanti (23) qazanıb. Barselonadan qatılan 23 yaşındakı professional model Mireya Lalaquna "Miss World"un ilk ispan qalibi olub.

Əczaçılıq məzunu olan Mariya 1,77 boyundadır. O, ispan, katalan, ingilis və fransız dillərini bilir. "Miss World 2002" gözəli olan Azra Akın isə yarışmada münsif olub. 
 
BAKU.WS