52 yaşlı müğənnini öldürən qızı HƏBS EDİLDİ
52 yaşlı müğənni Gül Tutunu (Güllü) evinin eyvanından ataraq öldürən qızı həbs edilib.
BAKU.WS xəbər verir ki, ötən gün sənətçinin qızı Tuğyan Ülkem Gülter və ona qətli törətməkdə kömək edən rəfiqəsi Sultan Nur Ulu ədliyyəyə aparılıblar.
Onlardan başqa Sultan Nur Ulunun atası Arif Ulu və digər iki şəxs də saxlanılıblar.
Saxlanılanlar "Qəsdən adam öldürmə" maddəsi ilə ittiham olunublar.
Haqqında həbs qərarı çıxarılan Tuğyan Ülkem Gülter məhkəmə zalından sonra dərhal həbsxanaya göndərilib.
Onun rəfiqəsi Sultan Nur Ulunun da məhkəmə istintaqı yükunlaşıb. Onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.
Sultan Nur Ulunun atası Arif Ulu və daha iki nəfər isə hələlik sərbəst buraxılıblar.
Qalereya
Oxşar xəbərlər
Müğənni Tülay Özer vəfat edib
1970-ci illərin tanınmış müğənnisi Tülay Özer 79 yaşında vəfat edib. O, böyrək çatışmazlığı səbəbilə uzun müddətdir dializ müalicəsi alırdı. BAKU.WS xəbər verir...