SİZİN REKLAM BURADA!
055 213 76 73


 


Ancelina Coli və Bred Pitt cütlüyünün ailəsində gərginlik yaşanır.

 

BAKU.WS-in məlumatına görə, buna səbəb hələ körpə olarkən övladlığa götürdükləri Zaharanın bioloji anasını axtarmaq üçün doğulduğu yerə, Efiopiyaya getmək istəməsidir.


10 yaşlı Zaharanın bu istəyi cütlüyün münasibətində gərginliyə səbəb olub.


"Afrika Echo" qəzetinin məlumatına görə, problem təkcə bu deyil.Hələ 6 aylıqkən övladlığa götürülən Zahara Jolie Pittin doğma anası da qızını geri almaq istəyir. Məlumata görə, 24 yaşlı Mentewab Dawit Lebiso "Qızımı geri istəyirəm. Mən və nənəsi onun bura gəlməyini və öz doğmalarını tanımasını istəyirik”- deyə bildirib.

Qəzetin iddiasına görə Lebiso, qızını övladlığa verərkən heç bir qanuni sənədləşmə aparılmadığını və heç bir sənədə qol çəkmədiyini deyir.

Bundan 8 il əvvəl də Zaharanın anasının onu geri istəməsi ilə bağlı məlumat yayılsa da, sonradan bunun yalan olduğu aydın olmuşdu.

Ancaq cütlük arasındakı gərginlik təkcə bundan ibarət deyilmiş. National Enquirer'ın iddiasına görə Bred Pitt Ancelinanın uşaqlarını tərbiyə etmə metodundan narazıdır. O, Ancelinanın qızları Shilohu qaçqın düşərgələrinə aparmasından narahat olur. O hesab edir ki, belə məkanlar uşaqlar üçün təhlükəlidir.

Qeyd edək ki, Anccelina Coli Suriyadan gələn qaçqınların yerləşdiyi düşərgəyə qızı Shiloh ilə bərabər getmişdi.


Ziya Səccad
BAKU.WS