VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Avropa prodüseri kimi tanıdığımız Sultan Mustafayev özünü şou-biznesin Şeyx Sultanı elan edib.

BAKU.WS xəbər verir ki, qalmaqallı prodüser arxasınca dedi-qodu edənlərə belə bir mesaj göndərib:

"Dünəndən yenə arxamca dedi-qodular başlanıb. Əcəb eləmisiniz, sizi artıq anlayıram. Çünki hiss elədiniz ki, Şeyx Sultan şou-biznəsə geri dönür, özü də necə... Mən bəziləri kimi heç kimin quyusunu qazmıram, heç kimin sponsurunu, sevgilisini əlindən almıram. Mən sırf sənətimlə, düzgünlüyümlə meydana qayıdıram. Allah nəsib edərsə, bəzi arxamca danışan şəxsiyyətlərə yerlərini göstərəcəm. Mənim son günlərdə efirdə, mətbuatda olmağım ciddi şəkildə bəzilərinin yuxusunu çəkib. Bəli, artıq sizə bəllidir ki, Avropa Produsseri - yaşayan canlı karifey gəlir, özü də dəhşətli layihələrlə. Mən hələ xahiş edirəm, mənim quyruğumu tapdalamayın, mən də sizə dəyməyim. Bir sözlə artıq bəzilərinin qatarı getdi, meydan yalnız mənə qalacaq. Ağıllı olun, çaşmayın! (ünvanlı)"

Zülfiyyə Qurbanova
BAKU.WS