Şəkəri salan ucuz vasitə

Diabetin kəskin ağırlaşması qan şəkərinin təhlükəli dərəcədə artmasına səbəb olan insulin yetməzliyindən yaranır. Lakin bununla mübarizə aparmaq üçün təbii vasitələr çoxdur.
BAKU.WS Medicina.az-a istinadən xəbər verir ki, diyetoloq İqor Strokov şəkər xəstələri üçün maraqlı tövsiyələr verib.
O qeyd edib ki, çobanyastığı qan şəkərini 60% azaldır:
"Heyvan və insanlar üzərində aparılan tədqiqatlar zamanı çobanyastığının metabolik markerlərə və diabetin ağırlaşmalarına təsiri ilə bağlı sübutlar üzə çıxıb.
Heyvanlar üzərində aparılan tədqiqatlar qlikemik (qan şəkəri) nəzarət və qlükoza dözümsüzlüyünün müxtəlif ölçülərində irəliləyişlər göstərib. Diabeti olan siçovullarda qan şəkərinin yaxşılaşması yüzdə 14-dən 59-a qədər dəyişib".
Digər elmi təqiqat zamanı 2-ci tip diabet xəstəsi olan 64 nəfərə səkkiz həftə ərzində gündə üç stəkan çobanyastığı çayı içirdilib. Çobanyastığı çayı içənlərdə içməyən xəstə qrupu ilə müqayisədə insulin səviyyəsi və müqavimətində əhəmiyyətli dərəcədə azalma müşahidə olunub.
Həkim söyləyib ki, qan şəkəri isə 11 faiz azalıb. Beləliklə, ucuz çobanyastığı dəmləməsi şəkərinizin təbii dərmanı ola bilər. Lakin bu yanaşı tibbi müalicədən imtina etmək demək deyil.
Oxşar xəbərlər
Azərbaycanın daha bir rayonunda yasda ehsan verilməsi ləğv edildi
Sabirabad şəhəri və kəndlərində yas mərasimlərində dəbdəbəli ehsan verilməsi ləğv edilib. Bu barədə sosial şəbəkədə məlumat yayılıb. Məlumata görə, yas mərasimi...