Sakinlərə XƏBƏRDARLIQ: Bu ərazilərdə 5 gün qaz olmayacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Qazax və Samux rayonlarının qaz təchizatında fasilə yaranacaq.
BAKU.WS xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb.
Bildirilib ki, "Qaz İxrac" İdarəsinə məxsus "Qazıməmməd-Qazax" və "Qazax-Saquramo" yüksəktəzyiqli magistral qaz kəmərlərində aparılacaq yenidənqurma və təmir işləri ilə bağlı iyulun 14-dən etibarən iyulun 18-də işlər başa çatanadək "Şıxlı" və "Yuxarı Salahlı" ölçü qovşaqlarından, iyulun 15-dən etibarən iyulun 17-də işlər başa çatanadək "Ağasıbəyli" ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.
Təmir işləri ilə bağlı Qazax rayonunun Qaymaqlı, 1-ci Şıxlı, 2-ci Şıxlı, Kəmərli, Aslanbəyli və Yuxarı Salahlı kəndlərinin (5 gün müddətində), Samux rayonunun Yuxarı Ağasıbəyli, Aşağı Ağasıbəyli, Əhmədbəyli və Sarıqaya kəndlərinin (3 gün müddətində) qaz təchizatının məhdudlaşdırılması, işlər başa çatdıqdan sonra qaz təchizatının bərpası planlaşdırılır.
Oxşar xəbərlər
Bərdə hücumunun şahidləri danışırlar: "Qızının dilindən "ata" sözünü eşidə bilmədi"
44 günlük Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri döyüş bölgələrindən uzaqda yerləşən dinc şəhər və kəndlərimizi də hədəf alaraq dəfələrlə ağır a...