Daşkəsəndə 23 yaşlı gənc sirkə turşusundan zəhərlənib
13
iyl
2025
12:08
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Daşkəsən rayonunda 23 yaşlı gənc oğlan sirkə turşusundan zəhərlənib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb. 2002-ci il təvəllüdlü S.Quluzadə zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib və ona tibbi yardım göstərilib.
Həkimlər onun vəziyyətini orta ağır kimi qiymətləndirirlər.
Gəncin hansı səbəbdən zəhərləndiyi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib. BAKU.WS-in qurumdan əldə etdiyi məlumata görə, həmin ünvanda yağış suyu barmaqlığı qısa müddətdə...