SİZİN REKLAM BURADA!
055 213 76 73


Aparıcı Kamran Həsənli baba olub.

BAKU.WS 
xəbər verir ki, 54 yaşlı aparıcının oğul nəvəsi dünyaya göz açıb.

Bu barədə aparıcının dostları sosial şəbəkədə yazıblar.

Space TV-də Kamran Həsənlinin təqdimatında yayımlanan "Onda başladıq" verilişinin layihə rəhbəri Anar Əliyev aparıcını təbrik edib:

"Əziz insan, dostum, səni baba, dostum Ərtoğrulu isə ata olmağı münasibətilə təbrik edirəm. İnşallah gözəl balanın ailənizə və vətənə layiqli övlad olacağına qəti şübhəm yoxdur. Çünki bu cür ləyaqətli və vətənpərvər babanın nəvəsi başqa cür ola da bilməz. Tanrı bədnəzərdən qorusun".

Qeyd edək ki, Kamran Həsənlinin Ərtoğrul, Turan adlarında iki oğlu var.

BAKU.WS