45 yaşlı aktyor sevgilisini döydüyünə görə 45 gün həbsxanada qalacaq

45 yaşlı aktyor sevgilisini döydüyünə görə 45 gün həbsxanada qalacaq
Foto
Şou-biznes 219

Məşhur aktyor Ozan Güvenin 2 yıl 3 ay azadlıqdan məhrum etmə cəzası qüvvədə qalıb.

BAKU.WS xəbər verir ki, İstanbul Bölgə Ədliyyə Məhkəməsi aktyorun keçmiş sevgilisi Deniz Bulutsuzu döydüyü üçün bu qərarın hüquqa zidd olmadığını açıqlayıb. Aktyor cəzasının 45 gününü şərti cəza istisna olmaqla, açıq həbsxanada keçirəcək.

Xatırladaq ki, bu ilin iyununda Ozan Güven keçmiş sevgilisi Deniz Bulutsuza qarşı zorakılıq ittihamı ilə mühakimə olunduğu iş üzrə 2 il 3 ay həbs cəzası alıb.

Məhkəmə Güveni "qəsdən yaralama" ittihamı ilə cəzalandırıb, "təhqir" və "azadlıqdan məhrumetmə" maddələri üzrə aktyor bəraət alıb.

İttiham tərəfi Güven üçün 13 il 6 aya qədər həbs cəzası tələb edib.

Ozan 2020-ci ildə sevgilisi Deniz Bulutsuzu döyüb. Denizin onu məhkəməyə verməsindən 5 il sonra qərar açıqlandı və aktyora 2 il 3 ay həbs cəzası verildi.

45 yaşlı aktyor sevgilisini döydüyünə görə 45 gün həbsxanada qalacaq

Son xəbərlər