SİZİN REKLAM BURADA!
055 213 76 73



Son vaxtlar aktyor kimi daha çox tanınan aparıcı Şəhriyar Əbilov erotik rollara çəkilən aktyorlardan danışıb.

BAKU.WS
yenicag.az-a açıqlama verən aktyor buna pis baxmadığını, lazım gələrsə, yataq səhnəsinə çəkiləcəyini də gizlətməyib:

“Əgər xalq artisti, tanınmış aktyorumuz Fəxrəddin Manafov “Təhminə” filmində yataq səhnəsinə çəkilibsə, mən nəkarəyəm ki, çəkilməyim. Lazım gələrsə, hər hansı melodramada belə səhnədə oynayaram”.

“Öpüş, yaxud digər açıq-saçıq səhnələri oynayarkən, sizin üçün tərəf-müqabilinizin gözəl, ya çirkin olmasının əhəmiyyəti varmı?” sualına Şəhriyarın cavabı belə oldu: “Öpüş səhnələrinə əla baxıram. Qaldı ki, tərəf-müqabilimin kimliyinə, fərqi yoxdur. Rejissor məndən ona qarşı hansı hisləri tələb etsə, yerinə yetirəcəm. Çünki mən ora ehtirasımı öldürmək üçün getmirəm. Buna peşəmdən irəli gələn tələb kimi baxıram”.

BAKU.WS