“Barselona”ın ulduzu, məşhur futbolçu Lionel Messi ilk dəfə yeni doğulmuş övladının fotosunu sosial şəbəkədə paylaşıb.

BAKU.WSxarici KİV-ə istinadən xəbər verir ki, şəkillərdə 30 yaşlı futbolçu, 29 yaşlı xanımı Antonella Rokusso, 2 yaşlı Mateo, 5 yaşlı Tyaqo, 1 aylıq Çiro adlı oğulları və futbolçunun valideynləri Seliya Mariya, Xorxe Messi yer alıb.

Messi ilə Rokusso ötən il iyunun sonunda evləniblər. Cütlüyün 3-cü oğlu bu ilin martında dünyaya göz açıb.

Rəşad Əliyev
BAKU.WS