13,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT


Azərbaycan əsilli məşhur müğənni Sami Yusuf Dubayda konsert verib. O, konsertdə Azərbaycan xalq mahnısı “Sarı gəlin”i ifa edib.

BAKU.WS-in məlumatına görə, konsetdə albomunda olan Azərbaycan xalq mahnısı “Sarı gəlin”i də ifa edib. Dubay konsertində ifaçı mahnını ingilis və Azərbaycan dilində səsləndirib. Müğənni xalq mahnısına klip də çəkdirib.

Qeyd edək ki, Sami Yusuf ötən gün Xocalı soyqırımı ilə bağlı paylaşım edib. O, Erməni silahlı birləşmələrinin 1992-ci ildə fevralın 25-dən 26-sına keçən gecə Azərbaycanın Xocalı şəhərində törətdiyi dəhşətli soyqırımının 26-cı ili tamam olmasını anıb.

Tuncay
BAKU.WS