VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

 

 

Türkiyənin tanınmış müğənnisi Funda Arar Miri Yusifin "Bağışla" mahnısını oğurlayıb.

 

BAKU.WS-in məlumatına görə, 2 il əvvəl albomunda oxuduğu mahnının oğurlandığını fərq edən Miri Yusif Fundanı bağışlamayacağını söyləyib.


Son olaraq yanvar ayında "Xoş gəldin” adlı albomunu çıxaran Funda Arar yeni albom işlərinə davam edərkən "Bağışla” adlı musiqisini pərəstişkarlarıyla paylaşıb. Rejissorluğunu Nihat Odabaşının etdiyi yeni klipi isə üç gün əvvəl işıq üzü görüb.

 

Klipi izləyən Azərbaycanın məşhur müğənnisi Miri Yusif həyatının şokunu yaşayıb. Çünki mahnı iki il əvvəl Miri Yusifin buraxdığı albomundakı "Bağışla" mahnısıydı. Sözlərin belə dəyişdirilmədən olduğu kimi istifadə edilməsi Miri Yusifi hövsələdən çıxarıb:

 

 


 

"Söz və musiqisi mənə məxsus olan və "Ağ Qarğa" albomuna daxil edilmiş "Bağışla" mahnısının türk ifaçı Funda Arar tərəfindən heç bir icazə alınmadan ifa olunması bizi təəssüfləndirir. Sivil cəmiyyətdə bu addımın atılması heç də xoş deyil və buna qarşılıq olaraq onlarla məhkəmədə görüşəcəyik”, - deyə Miri Yusif Instagram hesabında yazıb.

 

ŞAHİN Həbibov 

BAKU.WS