SİZİN REKLAM BURADA!
055 213 76 73



ABŞ Kinematoqrafiya Sənət və Elm Akademiyası Oskar mükafatı üzrə mübarizə aparacaq filmlərin geniş siyahısını açıqlayıb.

BAKU.WS Trend-ə istinadən xəbər verir ki, "İlin ən yaxşı filmi" nominasiyası üzrə 341 film təqdim olunub.

Mükafata əsas namizədlər "Möcüzə-qadın", "Ülgüc üzərində qaçış 2049", "Karib dənizinin quldurları: Ölülər nağıl danışmır", eləcə də "Dünkerk" və "Kinqsman: Qızıl üzük" filmləridir.

Oskar mükafatının növbəti təqdimetmə mərasimi 2018-ci ilin martın 4-də Los-Ancelesdə keçiriləcək.

BAKU.WS