32 il sonra filmdəki qızı ilə görüşdü
Xalq artisti Firəngiz Mütəllimova sosial şəbəkə paylaşımı ilə marağa səbəb olub.
BAKU.WS xəbər verir ki, o instaqram hesabında illər onunla filmə çəkilən Fidan Fərzəlibəyova ilə fotosunu paylaşıb.
"Mənim ağ şəhərim" adlı ekran işində Fidan, Gülnarənin (Firəngiz Mütəllimova) qızı rolunda çəkilib.
"Mənim ağ şəhərim" filmində qızımı oynayan Fidan... İllər necə də sürətlə keçir. Maşallah balama... " - deyə Xalq artisti paylaşdığı fotoya qeyd edib.
Xatırladaq ki, sözügedən dram janrlı film 1993-cü ildə çəkilib. Rejissoru Mərahim Fərzəlibəyov olan ekran işində mərhum Xalq artistləri Səyavuş Aslan, Rafael Dadaşov, Yaşar Nuri də çəkiliblər.
Oxşar xəbərlər
Haqqında "öldü" xəbərləri yayılan İbrahim Tatlısesin son görüntüsü
Haqqında "öldü" xəbərləri yayılan məşhur müğənni İbrahim Tatlısesdən xəbər var. BAKU.WS "Haber Global"a istinadən xəbər verir ki, sənətçinin Türkiyə mətbuatında...